“Zirə” müdafiəçisi ilə yollarını ayırdı

“Zirə” Dimitrios Çantakiasla yollarını ayırıb.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yunanıstanlı müdafiəçiylə klub arasında imzalanmış müqavilə başa çatıb.

29 yaşlı futbolçu 2020-ci ildən qəsəbə təmsilçisinin heyətində çıxış edir.

O, bu mövsüm 32 oyunda 1 qol və eyni sayda da məhsuldar ötürmə ilə yadda qalıb.