“Zirə” millidə oynayan legioner futbolçu transfer etdi

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Futbolpress.az xəbər verir ki, “qartallar” Norveçin “Jerv” klubundan Ange Mutsinzini transfer edib. Ruandalı müdafiəçiylə 3 illik müqavilə bağlanılıb.
26 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib. Ruanda millisinin də şərəfini qoruyan futbolçu millidə 16 matça çıxıb.