“Kasımpaşa”dan ayrılan futbolçu “Zirə”də

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Futbolpress.az xəbər verir ki, “qartallar” Türkiyənin “Kasımpaşa” klubundan Ayron Qomisi transfer edib. Fransalı yarımmüdafiəçiylə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Amyen”, “Dünkerk” və İtaliyanın “Salernitana” klublarında çıxış edib.