“Zirə”dən qələbə, “Neftçi” “Sumqayıt”a qarşı – YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, autsayder “Kəpəz” “Zirə”nin qonağı olacaq.

Mövsümdə qələbəsi olmayan “Neftçi” isə “Sumqayıt”ı sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
VIII tur

17:00 Zirə – Kəpəz 3:0

Qollar: Ceyhun Nuriyev, 41, Davit Volkov, 51, 57
Baş hakim: Rauf Cabarov
Zirə idman Kompleksinin stadionu

19:30 Neftçi – Sumqayıt
Baş hakim: Cavid Cəlilov
“Neftçi Arena”