“Zirə” hücumçusu ilə yollarını ayırdı

“Zirə” klubu ukraynalı futbolçusu Vladislav Kulaçla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ukraynalı hücumçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Kulaç 2023-cü ildən “Zirə”də çıxış edir. O, son mövsümdə 30 oyunda 3 qol vurub.