“Zirə” Avropa Liqasına qələbə ilə başladı

“Zirə” bu gün Avropa Liqasının I təsnifat mərhələsində ilk oyuna çıxıb

Futbolpress.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Moldovada “Şerif”in qonağı olub. Matç Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb – 1:0.

Komandalar arasındakı cavab görüşü iyulun 18-də Bakıda olacaq.

Avropa Liqası
I təsnifat mərhələsi

11 iyul

21:00 Şerif (Moldova) – Zirə 0:1

Qol: D.Volkov, 88

Baş hakim: Alessandro Dudiç (İsveçrə)