“Zirə” Avropa Liqası səviyyəsində komandadır” – “Osiyek”in baş məşqçisi

Xorvatiyanın “Osiyek” komandasının baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasında sabah “Zirə”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Azərbaycan təmsilçisi ilə matç haqda bunları deyib:

“Keyfiyyətli komandaya qarşı oynayacağıq. “Zirə” Avropa Liqası səviyyəsində komandadır. Xatırladaq ki, bundan öncə Moldova “Şerif”ini üstələməyə yaxın idilər. Eyni zamanda, yerli çempionatlarında iddialılardandırlar. Oyunu yaxşı səviyyədə keçirməyə hazırıq. Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”.