“Zirə” “Araz-Naxçıvan”a, “Qarabağ” “Səbail”ə qarşı – YENİLƏNİR

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, günün birinci matçında “Araz-Naxçıvan” “Zirə” ilə üz-üzə gələcək.

Turnirin favoriti “Qarabağ” bu mərhələdə “Səbail”in müqavimətini qırmağa çalışacaq.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar

6 fevral

16:00 Araz-Naxçıvan – Zirə
Baş hakim: Elçin Məsiyev
“Liv Bona Dea Arena”

18:30 Səbail – Qarabağ
Baş hakim: Rauf Cabarov
“ASCO Arena”