“Zirə”nin futbolçusu darmadağını başlatdı

“Zirə”nin futbolçusu İssa Cibrillanın formasını geyindiyi Niger yığması yoldaşlıq oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Bonayr ilə qarşılaşıb. Matç Nigerin qələbəsiylə başa çatıb – 6:0.

Cibrilla oyuna start heyətdə başlayıb. O, görüşdə birinci qolun müəllifi olub.