“Zirə”də yeni müqavilə

“Zirə” futbolçusu Stefan Aka ilə müqavilə müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı müdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.

Fil Dişi Sahilindən olan müdafiəçi 2023-cü ildən “Zirə”nin formasını geyinir.