“Zirə” və “Şamaxı” cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, bu gün baş tutan toplantıda Premyer Liqanın XXXV turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

“Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilsin (maddə 37);