Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Azərbaycan Premyer Liqasının XXIV turunun “Zirə” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib.
Futbolpress.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Daha əvvəl matçın saat 16:00-da keçirilməsi planlaşdırılmışdı.