Azərbaycan Premyer Liqasının XXIV turunun “Zirə” – “Kəpəz” oyunu təxirə salınıb.
Futbolpress.az xəbər verir ki, görüş güclü qar səbəbindən baş tutmayıb.
Bu gün keçirilməli olan oyuna saat 17:00-da start verilməli idi. Arenanın qarla örtülməsi və oyun üçün yararsız olması səbəbindən görüş başqa vaxta keçirilib.