“Zirə” qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub. “Kəpəz” Tovuzda turnir cədvəlinin ikinci sırasında qərarlaşan “Zirə”yə məğlub olub.

Azərbaycan Premyer Liqası

XXXII tur

26 aprel

19:00 Kəpəz – Zirə 0:1

Qol: Salifu Suma, 64
Baş hakim: Əliyar Ağayev
Tovuz şəhər stadionu