Zidanın oğlundan vida qərarı

Fransalı mütəxəssis Zinəddin Zidanın oğlu Enzo Zidan karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi şəxsi məsələlərə görə karyerasını bitirib.

Enzonun son ünvanı İspaniyada “Fuenlabrada” olub. Yarımmüdafiəçi daha əvvəl “Real”, “Alaves”, “Lozanna-Sport”, “Mayadahonda”, “Almeriya”da forma geyinib.