Zidan təklif gözləyir – cavabı “hə” olacaq

Fransalı mütəxəssis Zinəddin Zidan “Mançester Yunayted”ə rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi baş məşqçi Erik ten Haqla yollarını ayıracağı halda, bu postda Zidanı gətirmək niyyətindədir.

Zidan artıq işsiz günlərini bitirmək və bir kluba rəhbərlik etmək istəyir. O, yaxşı şərtlər olacağı halda, İngiltərə klubunda işləməyə razıdır.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ı çalışdırıb. Mütəxəssis üç ildir, işləmir.