Zidan “Mançester Yunayted”ə rəhbərlik edə bilər

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan “Mançester Yunayted”ə rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “The İndependent” nəşri məlumat yayıb. Xəbərdə “qırmızı şeytanlar”ın idman sektorunun baş direktoru Jan-Klod Blanın tez-tez Zidanla əlaqə saxladığı bildirilib.

“Mançester Yunayted”in sahibi Cim Retkliff uzun müddət Zidanın fanatı olub. O, fransalı mütəxəssisin komandanı çalışdırması arzusundadır.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”a rəhbərlik edib. Fransalı 2021-ci ildən işsizdir.