Azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) Abu-Dabidə keçirilən cüdo üzrə Dünya çempionatında qızıl medal qazanıb.
Futbolpress.az xəbər verir ki, Azərbaycan cüdo məktəbinin fəxri yetirməsi olan 25 yaşlı idmançımız Koreya, İsrail, İspaniya və Portuqaliyadan olan rəqiblərini məğlub edib.
Final görüşündə o, kanadalı Şadi Elnahasa qalib gələrək Dünya Çempionu titulunu qazanıb.
Zelim Kotsoyev son 2 dünya çempionatında bürünc medal qazanıb və 2023-cü ildə Avropa çempionu olub.
Qeyd edək ki, Dünya cüdo arenasında yüksək səviyyədə çıxış edən Zelim 16 yaşından Azərbaycan milli komandasının üzvüdür.