Zaqrebdə uğursuz “3-lər” davam etdi

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyada “Dinamo”ya 0:3 hesabıyla məğlub olub.

Bu, Azərbaycan klublarının avrokuboklarda Zaqreb komandasına qarşı üçüncü səfər məğlubiyyəti kimi yadda qalıb. Daha əvvəl “Neftçi” və “Xəzər Lənkəran” burada “Dinamo” ilə qarşılaşmış və məğlub olmuşdu. Maraqlıdır, hər üç təmsilçimiz zaqreblilərdən 3 qol buraxaraq məyus olub.

Dinamo – Neftçi 3:0, Dinamo – Xəzər Lənkəran 3:1, Dinamo – Qarabağ 3:0.

Xorvatiyada uğursuz seriya davam etməkdədir. “Qarabağ” Bakıda cavab görüşünə çıxacaq, amma avrokuboklarda kifayət qədər təcrübəsi olan “Dinamo”nun 4 fərqlə məğlubiyyəti inandırıcı görünmür…