“Zaqatala”nın futbolçusu Fransadan təklif alıb

“Zaqatala”nın futbolçusu Varren Ondo karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə oyunçu Qabon mətbuatına müsahibəsində deyib:

“Azərbaycanda keçirdiyim uğurlu mövsümdən sonra Fransadan təkliflər var. Azərbaycan mənim üçün gözəl vitrin idi. Keçirdiyim mövsümü çox bəyəndim, yaxşı statistikam oldu. Fransa çempionatında oynamaq əla olacaq. İstər 3, istər 4-cü divizion fərqi yoxdur, hər biri yeni başlanğıc olacaq”.

Ondo “Zaqatala” ilə 24 oyunda 7 qol vurub.