“Zaqatala”dan heç-heçə, “Karvan”dan növbəti qələbə

Bu gün Azərbaycan I Liqasında II tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Zaqatala” “Cəbrayıl”la oyunda “sülh”ə razılaşıb. “Karvan” isə “Mingəçevir” səfərindən qələbə ilə dönüb.

Azərbaycan I Liqası
II tur

18 sentyabr

Cəbrayıl – Zaqatal 0:0

Mingəçevir – Karvan 1:3
Qollar: Aqil Nəsibov, 54 (pen.) – Bəhruz Teymurov, 31, 45+2, 87