Zanyolo rəsmən “Atalanta”da

“Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Berqamo təmsilçisi “Qalatasaray”dan Nikolo Zanyolonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya klubu yarımmüdafiəçinin icarəsi üçün “Qalatasaray”a 6 milyon avro ödəyəcək.

Zanyolo ötən mövsümü “Aston Villa”da keçirib.