Zanyolo “Fiorentina”ya keçdi

“Qalatasaray”ın hücumçusu Nikolo Zanyolo icarə əsasında “Fiorentina”ya keçib.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İcarə müqaviləsi iyunun 30-a qədərdir və bu keçidin 3,2 milyon avro dəyərində olduğu bildirilir. 

25 yaşlı italiyalı oyunçu son olaraq “Atalanta” klubunda forma geyib. O cari mövsümdə 22 matça çıxaraq, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.