Zamiqin komandası zirvəni ələ keçirdi

Albaniya çempionatında XXIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” öz meydanında “Bylis”i 2:1 hesabla məğlub edib.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Zamiq 90-cı dəqiqədə Redi Kasanın əvəzinə meydana çıxıb.

23 turdan sonra aktivində 42 xalı olan “Eqtaniya” turnir cədvəlində liderdir.