Zamiq qələbənin iştirakçısı oldu

Albaniya Super Liqasında XXVIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda Dinamo “Tirana”sını məğlub edib.

Matça start heyətdə başlayan Zamiq 90+7-ci dəqiqədə Yazan Madaniylə əvəzlənib.

Aktivində 52 xalı olan “Eqnatiya” turnir cədvəlində liderdir.

Albaniya Super Liqası

XXVIII Tur

5 mart

Eqnatiya – Tirana 2:0

Qollar: R.Luşkja, 18 (pen.), S.Ujka, 39