Zamiq oynadı, komandası yarımfinala yüksəldi

Albaniya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” evdə “Bylis”lə bərabərə qalıb. İlk oyunda 3:1 hesablı qalib gələn Zamiqin komandası adını yarımfinala yazdırıb.

23 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub.

Əliyev görüşün 24-cü dəqiqəsində sarı vərəqəylə də cəzalandırılıb.

Albaniya Kuboku

1/4 Final

26 fevral

Eqnatiya – Bylis 2:2

Qollar: A.Xemajli, 41, S.Bakayoko, 71 – M.Qyata, 24, O.Keyn, 79

İlk oyun: 3:1