Zamiq oynadı, komandası uduzdu

Albaniya Super Liqasında XXXIV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatia” səfərdə “Partizani”ylə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Oyuna start heyətində başlayan Zamiq 87-ci dəqiqədə Leo Melo ilə əvəzlənib.

Aktivində 58 xalı olan “Eqnatia” turnir cədvəlində liderdir.