Zamiq oynadı, komandası kubok matçında uduzdu

Albaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatia” evdə “Partizani” ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.

Matça start heyətində başlayan Zamiq sona qədər meydanda olub.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu – “Vllaznia” – “Dinamo Tirana” qolsuz “sülh”lə yekunlaşıb.