Albaniya Super Liqasında XXXII turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Bylis”lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Zamiq sona qədər meydanda olub. Millinin müdafiəçisi həmçinin 66-cı dəqiqədə sarı vərəqəylə cəzalandırılıb.
Aktivində 58 xalı olan “Eqnatiya” turnir cədvəlində vahid liderdir.