Zamiq cəzalandı, komandası uduzdu

Albaniya Super Liqasında XXXIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatia” evdə “Elbasani”ylə qarşılaşıb. Görüş qonaqların 1:2 hesablı qələbəsiylə yekublaşıb. “Eqnatia”nın yeganə qolunu mövsümün əvvəlində “Sumqayıt”da çıxış edən Fernando Medeyros vurub.

Matça start heyətində başlayan Zamiq sona  qədər meydanda olub. O, 26-cı dəqiqədə sarı vərəqəylə cəzalandırılıb.

Aktivində 58 xalı olan “Eqnatia” turnir cədvəlinə liderlik edir.