Tyaqo Motta “Yuventus”un yeni baş məşqçisi təyin olunub.
Futbolpress.az klubun saytına istinadən xəbər verir ki, onunla 2027-ci ilin yayına qədər sözləşmə imzalanıb.
41 yaşlı mütəxəssis bu postda Massimiliano Alleqrini əvəzləyib. Mottanın son klubu “Bolonya” olub.
Turin təmsilçisi geridə qalan mövsümü 71 xalla 3-cü tamamlayıb.