“Yuventus”un yeni baş məşqçisi o olacaq

“Yuventus” baş məşqçi dəyişikliyinə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi italiyalı mütəxəssis Massimiliano Alleqri ilə yollarını ayıracaq. Onun əvəzinə komandanın sükanı Tiaqo Mottaya tapşırılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus” mütəxəssislə 3,5 illik müqavilə imzalayacaq.

Motta hazırda “Bolonya”ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.