“Yuventus” “Benfika”nın 21 yaşlı futbolçusu Antonio Silva ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, komandanın baş məşqçisi Tiaqo Motta və idman direktoru Kriştiano Giuntoli onu müdafiəni gücləndirmək üçün əsas namizəd kimi görürlər.
Turin təmsilçisi Silvanın transferi üçün 35 milyon avro təklif etsə də portuqaliyalılardan rədd cavabı alıb. “Yuventus”un yeni təkliflə çıxış edəcəyi gözlənilir.
Silvanın “qırmızılar”la sözləşməsi 2027-ci ilin yayına kimidir.