“Real”ın sol cinah müdafiəçisi Fran Qarsiya “Yuventus”un diqqətini çəkib.
Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı futbolçunu qarşıdakı transfer dövründə heyətinə qatmaq imkanını dəyərləndirir. “Los Blankos” ispaniyalı oyunçu üçün təxminən 20 milyon avro tələb edəcək. Rəsmi danışıqlar hələ başlamayıb.
Fran Qarsiya cari mövsümdə Karlo Ançelottinin komandasında 36 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Futbolçunun “kral klubu” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, müdafiəçinin transfer qiyməti 15 milyon avrodur.