“Yuventus”un qapıçısı ərəblərin “radar”ında

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Əl Nəsr” heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Yuventus”un qolkiperi Voyçex Şensnı ilə maraqlanır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Yuventus” yeni qapıçı axtarışındadır və polşalı qapıçı ilə yollarını ayırmağı düşünür. “Əl Nəsr” yaxın zamanda qolkiperlə danışıqlara başlayacaq.

Şensnı ötən mövsüm 35 oyunda 30 qol buraxıb, 15 matçda isə “çərçivəni” toxunulmaz saxlayıb.