“Yuventus”un hücumçusu Braziliya klubuna keçdi

Müqavilə əsasında “Yuventus”a məxsus  “Frozinone”nin hücumçusu Kayo Xorxe karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, hücumçunu “Kruzeyro” transfer edib.

Qeyd olunub ki, tərəflər arasında 5 illik müqavilə imzalanıb.

22 yaşlı futbolçu ötən mövsüm 20 matçda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.