“Yuventus”un ən yaxşısı seçildi

Randal Kolo Muani “Yuventus”un ayın ən yaxşı oyunçusu seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Fransız futbolçu ötən ay Turin komandası ilə bütün yarışlarda 8 oyuna çıxıb və 5 qol vurub, 2 məhsuldar ötürməyə imza atıb.