“Yuventus”un baş məşqçisi Tyaqo Motta Çempionlar Liqasında “Mançester Siti”yə qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“İşimizdən çox razıyam. Son illərdə müstəsna nəticələr göstərən komandaya qarşı çox yaxşı oynadıq. Azarkeşlərimiz bu komanda ilə fəxr etməlidirlər. Çempionlar Liqasında cəmi bir oyunda uduzmuşuq. “Yuventus”u layiq olduğu yerlərə qaytarmaq üçün çalışırıq”.
“Yuventus” Çempionlar Liqasında 6 turdan sonra 11 xalla 36 komanda arasında 14-cü sıradadır.