“Yuventus”dan “Roma”ya

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “canavarlar” argentinalı cinah oyunçusu Matias Suleni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı cinah oyunçusu ilə razılaşmanın detalları açıqlanmayıb.

“Roma” Sule üçün klubu “Yuventus”a 26 milyon avro ödəyəcək.