“Yuventus”dan “Fiorentina”ya

“Yuventus”un futbolçusu Moyze Kin karyerasını “Fiorentina”da davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Bənövşəyilər” italyan forvard üçün “qoca sinyora”ya 16 milyon avro ödəyəcək.

24 yaşlı hücumçunun klubla 5 illik müqavilə imzalayacağı gözlənilir.

Kin ötən mövsüm “Yuventus”da 20 oyuna çıxıb və fərqlənə bilməyib.