“Yuventus”dan “Fənərbağça”ya

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Yuventus”dan Filip Kostiçi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı cinah oyunçusu mövsümün sonuna kimi “Fənərbağça”da top qovacaq.

Kostiç 2022-ci ilin yayında “Ayntraxt”dan “Fənərbağça”ya keçib. O, Turin təmsilçisində 87 oyunda 3 qol vurub, 15 məhsuldar ötürmə edib.