“Yuventus” müdafiəçisi Mattia De Şilyonu icarəyə verib.
Futbolpress.az xəbər verir ki, 31 yaşlı oyunçu mövsümün sonuna kimi “Empoli”də çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
De Şilyo “Milan”ın yetirməsidir. O, 2017-ci ildən “Yuventus”da çıxış edir. Mattia “qoca sinyora”da 117 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.