“Yuventus”dan ayrılan futbolçu Super Liqaya keçə bilər

“Yuventus”dan ayrılan Aleks Sandro karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Super Liqadan bir klubla danışıqlar aparır. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

“San Paulo” Sandronu transfer etmək istəyən klublardandır. Lakin müdafiəçi hələ ölkəsinə qayıtmaq istəmir.

Aleks Portuqaliyanın “Portu” və Türkiyənin adı açıqlanmayan bir klubu ilə danışıqları davam etdirir.

Braziliyalı futbolçu ötən mövsümdə 18 oyunda 1 qol vurub.