“Yuventus”dan 58 milyonluq transfer

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Atalanta”dan Ten Kopmeynersi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Qoca sinyora” 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

İtaliya mətbuatının xəbərinə görə, “Yuventus” futbolçu üçün 58 milyon avro ödəyəcək.

Kopmeyners ötən mövsüm “Atalanta”da 51 oyunda 15 qol vurub, 7 məhsuldar ötürmə edib.