“Yuventus”da yeni müqavilə

“Yuventus” qapıçısı Mattia Perin ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiperin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.

Perin bu mövsüm Turin klubunda 4 oyunda meydana çıxıb və 2 qol buraxıb.