“Yuventus”da yeni müqavilə

“Yuventus” futbolçusu Qleyson Bremerin müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı müdafiəçinin sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb.

Bremer 2022-ci ildən “Yuventus”da çıxış edir. O, “qoca sinyora”da 83 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.