“Yuventus”da baş məşqçisi Tiaqo Mottanın gələcəyi haqda qərar verilib.
Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Turin təmsilçisi komandanın uğursuz nəticələrinə baxmayaraq, Motta ilə davam edəcək.
Tiaqo 2024-cü ilin yayından “Yuventus”a rəhbərlik edir. Komanda A Seriyasında 37 xalla 5-ci sıradadır.