“Yuventus” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Duqlas Luiz sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Luis zədə səbəbindən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Luis bu mövsüm A Seriyasında 15 oyuna çıxıb.