“Yuventus”da ayrılıq

“Yuventus”un yarımmüdafiəçisi Nikolo Facioli komandadan ayrılıb.

Futbolpress.az xəbər verir ki, Turin klubunun yetirməsi olan 23 yaşlı futbolçu icarə əsasında “Fiorentina”ya keçib. O, yeni cari mövsümün sonuna kimi “bənövşəyilər”in şərəfini qoruyacaq.

O, bu mövsüm “ağ-qaralar”ın heyətində bütün turnirlər daxil 22 matçda iştirak edib.