“Yuventus” türkiyəli ilə “davam” dedi

“Yuventus” türkiyəli yarımmüdafiəçi Kenan Yıldızın müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçunun sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb.

Kenan 2023-cü ildən “qoca sinyora”nın əsas komandasında forma geyinir. O, A Seriyasında 27 oyunda 2 qol vurub.